Teymur Rəcəbov sülhlə başladı

Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində FİDE-nin qran-prisində ilk görüşünü başa vurub. Allsport.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşıb.

İlk görüşdə heç-heçə qeydə alınıb – 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün tay-breyk olacaq. 

FIDE qran-priləri 2020-ci il iddiaçılar turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək. 

Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı qran-prinin qalibi olmuşdu.

Həmin kateqoriyadan