- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 219
- İyun 23, 2026
- 0

Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2018” superturnirinin 7-ci turunda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıblar. Allsport.az saytı xəbər verir ki, partiyadan adı 2-ci çəkilən şahmatçımız mətbuat konfransında bunu deyib:
“Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır. Heç-heçələrin sayını bilmirəm. Çünki statistikayla maraqlanmıram. Adətən rəqibə qarşı hazırlaşırıq.
Şəhriyarla uzun illər Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu bizim münasibətə mane olmur”.