- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Teymur Rəcəbov iddiaçılar turnirində iştirak etməyəcək. Allsport.az xəbər verir ki, FIDE-nın saytı 32 yaşlı qrossmeysterin şəxsi səbəblərə görə turnirdən imtina etdiyini bəyan edib. Ancaq Teymur sosial şəbəkə hesabında FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını yazıb:
“Əzi həmvətənlər, şahmatsevərlər, bütün şahmat camiəsi, həmkarlar və dostlar! Bu, doğru deyil, turnirdən imtina etməyim üçün şəxsi səbəblərim yoxdur. Mən tezliklə bəyanatla, FIDE-yə göndərilən məktublar və onların cavabları ilə tanış olacam”.
Rəcəbov ötən il dünya kubokunun qalibi olmaqla iddiaçılar turnirində mübarizə aparmaq hüququ qazanıb.