Teymur Rəcəbov mübarizəyə başlayır

Bu gün şahmat üzrə onlayn Millətlər kuboku start götürəcək. Allsport.az xəbər verir ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması ilk turda Çin komandası ilə qarşılaşacaq.

Rəcəbovun komandasında iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, ehtiyat oyunçular – perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova yer alıb. Yığmanın kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviçdir.

6 komandanın qatıldığı turnirin mükafat fondu 180 min dollardır.

Həmin kateqoriyadan