Teymur Rəcəbov reytinqdə irəlilədi

Beynəlxalq şahmat federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Allsport.az xəbər verir ki, kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymur Şəhriyardan beş xal geridir.

Qədir Hüseynov 83-cü (2660 xal), Nicat Abbasov 93-cü yerdə qərarlaşıb (2655 xal).

Qadınların reytinqində ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-cidir.

Həmin kateqoriyadan