Teymur Rəcəbov rusiyalı qrossmetsteri təslim etdi

Bakıda şahmatçılar arasında FIDE qran-pri turnirində bu gün 6-cı turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turu həmyerlimiz Teymur Rəcəbov üçün düşərli olub. Rusiyalı Aleksandr Qrişuklə görüşən qrossmetster, adəti üzrə, qara fiqurlarla Köhnə hind müdafiəsini oynayıb.

Mittelşpildə mərkəzdə təşəbbüsə yiyələnən Teymur, tədricən üstünlüyünü artıraraq, rəqibini 36-cı gedişdə təslim edib. Bu qələbədən sonra Rəcəbov xalını 3,5-ə yüksəldib və 3-yerə çıxıb. Onu lider Fabiano Karuanadan 1 xal ayırır.

Digər təmsilçimiz Şəhriyar Məmmədyarov qaralarla kubalı Perez Leyner Domingeslə qarşılaşıb. Tərəflər 36-ci gedişdə cülh bağlayıblar. “Şah”ın 2 xalı var.

 

 

 

Həmin kateqoriyadan