Teymur Rəcəbov Shamkir Chess-2015-ə qatılmayacaq

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess-2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək. ShamkirChess-2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams  (2746) olacaq.

Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Synergy Group davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə verir.

Həmin kateqoriyadan