Teymurla Maqnus arasında gərginlik

Teymur Rəcəbovla hazırkı dünya çempionu Maqnus Karlsen arasında Tvitterdə gərginlik yaşanıb. Allsport.az xəbər verir ki, norveçli şahmatçı həmyerlimizlə söhbətində iddiaçılar turnirinin dayandırılmasının doğru qərar olduğunu yazıb. 

Karlsen: Turniri təxirə salmaq düzgün qərar oldu. Bu qərarla razılaşıram. Bəs sən dəqiq oynamaq istəyirdin? Bunu tam anlamıram.

Rəcəbov: Maqnus, bu vəziyyətdə sadəcə, yarışın təxirə salınmağını istədim. Turniri ləğv etməyi və ya format dəyişikliyi xahiş etmədim. Fikrimcə, FIDE bunu vaxtında etsəydi, düzgün qərar olacaqdı. Bu, belədir. Oynamaq istəyirdim. İndi vəziyyət qarışıqdır.

Karlsen: Tamam. Fikrimi bilmək istəyirsən? Həvəssiz də olsa, oynayardım.

Ardınca Rəcəbov Karlsenə 2019-cu ildə 19 yaşında olarkən iddiaçılar turnirnə qatılmağından imtina etdiyi xəbərin linkini yollayıb.

Şahmat tacının sahibi isə ona bu cavabı verib: “Deyəsən, karantin çox sıxıcıdır? Niyə də norveç dilini öyrənməyəsən?!”

Həmin kateqoriyadan