- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Parisdə Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb. Allsport.az xəbər verir ki, şahmatçımız son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.
Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.
İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.