- Baxış sayı: 34
- 19 Aprel 2024 10:00
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, “New In Chess” adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.
1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub.
Onlar ümumilikdə 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.
Çempionlar turunun VI mərhələsi mayın 23-də start götürəcək.