Teymurun imtina etdiyi yarış dayandığı yerdən bərpa olunur

Bu gün şahmat üzrə iddiaçılar turniri bərpa olunacaq. Allsport.az xəbər verir ki, Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir 7-ci turdan davam edəcək.

7 turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Van Hao (Çin), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbov koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Həmin kateqoriyadan