Teymurun qazancı bilindi

Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun “Opera Euro Rapid” adlanan 3-cü mərhələsindəki qazancı bəlli olub. Allsport.az xəbər verir ki, Fransa şahmatçısı Maksim Vaşye-Laqravaya qalib gələrək turnirdə 3-cü yeri tutan 34 yaşlı qrossmeysterimiz 8 min 500 ABŞ dolları qazanıb.

Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 min dollar, ikinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar əldə edib.

“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 min ABŞ dollar idi.

Teymur Rəcəbov Çempionlar Turunun “Airthings Masters” adlı II mərhələsinin qalibi kimi 60 min dollar qazanmışdı.

Həmin kateqoriyadan