Titullu avarçəkənimiz vəftiz bayramında tamam soyundu

Bu gün provaslavların dini bayramıdır. Allsport.az saytı xəbər verir ki, Şərq slavyanların inancına görə, yanvarın 19-da İsa Məsih İordan çayında vəftiz edilib. Xaç suyuna salınandan sonra xristyanlara kilsə ayinlərində iştirak etmək hüququ verilir. Hər il bu gündə şərqi məsihilər paklanmaq üçün soyuq suya baş vururlar. Rusiya, Ukrayna və Belarusda həmin bayram şövqlə qeyd olunur.

İnsanlar şaxtalı havada çölə çıxıb, özlərini suya atırlar. Avarçəkmə millimizin Ukrayna əsilli keçmiş üzvü Sergey Bezuqlı həmyerlilrindən geri qalmayıb, bayramı özünəməxsus tərzdə keçirib. O, buzla əhatə olunmuş çalaya tamam çılraq daxil olub. Soyuq sudan çıxdıqdan sonra hər şeyin əla olduğunu barmağı ilə işarə edən titullu idmançı, bu fotoları şəxsi «Facebook» səhifəsində yerləşdirib.

Qeyd edək ki, 2 ildən çoxdur Azərbaycanı tərk edən Sergey Bezuqlı AMAF-a çoxlu uğur qazandırıb. O, Avropa çempionatlarının gümüş (2011) və bürünc medalçısıdır (2009); dünya çempionatınlarda müxtəlif məsafələrdə 4 dəfə 2-ci pilləni tutub (2009, 2011) və 1 dəfə 3-cü (2009) sıraya çıxıb. London olimpiadasında kanoeçi 4-cü yerlə kifayətlənib.

Həmin kateqoriyadan