Tokio-2020 paralimpiya oyunlarının açılışı olub

Tokio-2020 XVI yay paralimpiya oyunlarının açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimində AMPK-in prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.

Keçiddən paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla, 19 nəfər keçib.

Komamdamız parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44-günlük müharibənin rəmzinə çevrilmiş Xarı bülbül nişanı ilə çıxıblar.

Milli paralimpiya komandası Tokio-2020-də 6 idman növündə 46 kateqoriyada rekord sayda – 35 idmançı ilə təmsil olunacaq. Yarışa ilk olaraq pauerliftinqçimiz Pərvin Məmmədov (26 avqust) qoşulacaq.   

Həmin kateqoriyadan