Top-100-də 6 şahmatçımız!

FİDE yeni əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 100 ən yaxşı arasında bizdən 6 kişi şahmatçı yer alıb. Millimizin öncülləri mövqelərini qoruyublar. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov 2763 xalla 10-cudur.

Yeri dəyişməyən Qədir Hüseynov 72-ci sıradadır (2665 xal). Komandamızdan ayrılmasına baxmayaraq, Azərbaycandan göstərilən Arkadi Naydiç 24 pillə irəliləyib (2663 xal, 73-cü).

3 addım geriləyərək 87-ci sıraya yuvarlanan Nicat Abbasov 2656 xala malikdir. 2 xal geri qalan Rauf Məmmədov 4 pillə geriləyərək 91-cidir.

Həmin kateqoriyadan