- Baxış sayı: 39
- 23 İyun 2026 18:11
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 22-ci gününü 1 məşqlə yekunlaşdırıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmaları yerinə yetirib.
Xatırladaq ki, “Qəbələ” bu gün – yanvarın 27-də təlim-məşq toplanışı çərçivəsində 7-ci yoxlama oyununu keçirəcək. Bu matçda “qırmızı-qaralar” Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la (Qızıl əsr) qarşılaşacaq.