“Barselona” ilə danışıqlar aparır

“Barselona”nın futbolçusu Kleman Lenqle “Tottenhem”ə tam transfer ola bilər.

Allsport.az xəbər verir ki, İngiltərə klubu “Barselona” ilə danışıqlar aparır. Bu keçid London təmsilçisinə 14 milyon avroya başa gələ bilər.

27 yaşlı müdafiəçi cari mövsümün əvvəlindən “Tottenhem”ə icarə əsasında oynayır. Müqaviləyə satın alma seçimi daxil deyil. İndi klublar transferlə bağlı razılığa gəlməyə yaxınlaşır. Futbolçu bu mövsüm premyer liqada 18 oyuna çıxıb.

Həmin kateqoriyadan