- Baxış sayı: 74
- 25 İyul 2026 16:10
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Türkiyə millisinin və İngiltərənin “Lester Siti” klubunun futbolçusu Çağlar Söyüncü koronavirusa yoluxub. Allsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçidən götürülən test müsbət çıxıb.
Bununla da Türkiyə millisində yoluxma sayı 15-ə çatıb. Onlardan 12-si futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Çağlar yığmanın DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunların hər birində iştirak edib və 90 dəqiqə meydanda olub.