- Baxış sayı: 112
- 09 Avqust 2026 13:33
- Baxış sayı: 65
- Avqust 10, 2026
- 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına 2 gün qalıb. Allsport.az saytı xəbər verir ki, Özbəkistandan sonra Türkiyə komandası da bu gün səhər saatlarında Bakıya təşrif buyurub.
Türkiyə yarışda 12 idmançı ilə mübarizə aparacaq. 2 gün davam edəcək. reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.
Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.