U-19 Türkiyədə 3 yoxlama oyunu keçirəcək

U-19 millimiz yanvarın 29-dan fevralın 9-dək Antalyada təlim-məşqdə olacaq. Allsport.az saytı xəbər verir ki, komandamız 3 yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 2-də İraqın U-19, fevralın 6-də “Rukh”un (Lvov, Ukrayna), fevralın 8-də isə “Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq. Toplanışına dəvət olunmuş futbolçuların aşağıdakılardır:

Sahib Həsənov, Qurban Səfərov, (hər ikisi – “Keşlə”), Kamil Nəzərli, İbrahim Ramazanov, Samir Ağayev (“Qəbələ”), Rəvan Kazımlı, Fariz Xeyrullayev, Nurlan Musayev, Fərid Səfərli, Rüfət Abbasov, Bahadur Quliyev, Elcan Əbilov, Ağadadaş Salyansky (“Neftçi”), Emin Rüstəmov (“Səbail”), Sadiq Bagiev (“Kuban”, Rusiya), Nikta Tazğızadə (“Stroqino”, Rusiya), Ayxan Suleymanlı (“Sumqayıt”), Nəriman Axundzadə, İbrahim Ağayarov (“Qarabağ”), Xəyal Əliyev. Raul Məmmədov, Nicat Quliyev, Məhəmməd Əliyev (“Sabah”), Kamal Qurbanov (“Hammarby”, İsveç), Mahmud Ağayev (“Zirə”), Cavad Kərimov (“Kəpəz”), Məhəmməd Əliyev (“Sabah”), Ege Bilsel (“Antalyaspor”, Türkiyə).

Həmin kateqoriyadan