- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 160
- May 08, 2026
- 0

Qəbələdə təşkil edilən şahmat üzrə “Vüqar Həşimov xatirəsi-2023” superturnirinin ikinci günü arxada qalıb.
Allsport.az xəbər verir ki, bu gün rapid üzrə daha 3 turun partiyaları keçirilib.
İlk 3 turdan sonra lider mövqeyində qərarlaşan Nicat Abbasov bu gün qələbə qazana bilməyib. O, 3 partiyanın ikisində heç-heçə oynayıb, birində uduzub. Nəticədə növbəti 3 turu uğurlu keçirən Arjun Eriqaisi və Aydın Süleymanlı ona çatıblar.