“Qarabağ”, “Qəbələ” və “İnter” turu qələbə ilə başa vurdu

Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, bütün matçları eyni günə təsadüf edəcək turun üç qarşılaşması Bakıda, biri paytaxtdan kənarda baş tutub. Bu turda “Xəzər Lənkəran” istirahət edib.

Paytaxt derbisində “Bakı” “İnter”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların çətin qələbəsi ilə başa çatıb.

Şüvəlanda AzAL “Sumqayıt”ı qəbul edib. Bu görüşdə qələbə qazanan olmayıb.

Turun ən maraqlı görüşlərindən biri Zaqatalada – “Simurq”la “Qarabağ” arasında keçirilib. Qonaqlar 3 xalı 2 cavabsız qolla qələbə qazanıblar.

“Neftçi” isə Avropa Liqasına vəsiqə qazanmaq yolunda əsas rəqiblərindən olan “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Prinsipial qarşılaşmaq bölgə təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.

Topaz Premyer Liqası
30-cu tur
17 aprel

“Bakı” – “İnter” – 1:2 (0:1)
Qollar: D.M.Kolli, 10 (0:1). Ə.İsmayılov, 56 (0:2). N.Novruzov, 90+3 (1:2).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 55. Aydın Mustafazadə, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 99. Kamil Nurəhmədov, 56. Qeyrət Əliyev, 10. Nurlan Novruzov (k), 77. Ramazan Abbasov, 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 15. Azad Kərimov, 85. Jaba, 45. Mahir Mədətov, 7. Nuran Qurbanov, 21. Elşad Manafov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.
“İnter”: 25. Səlahət Ağayev (k), 4. İvan Benites, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 23. Voyislav Stankoviç, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.

AzAL – “Sumqayıt” – 1:1 (0:0)
Qollar: V.Kutsenko, 75 (1:0). M.Qurbanov, 90+1 (1:1).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov.
Bakı. “AzAL Arena”.

AzAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 18. Orxan Lalayev, 4. Laşa Kasradze, 9. Aydın Qasımov, 8. Seymur Əsədov, 13. Şəhriyar Rəhimov, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 10. Nicat Qurbanov, 11. Ruslan Nəsirli, 24. Azər Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məhərrəmli, 6. Mikayıl Rəhimov, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 50. Aqil Güləhmədov, 56. Ruslan Sorokin, 76. Uğur Pamuk.
Baş məşqçi: Aqil Məmmədov.

“Simurq” – “Qarabağ” – 0:2 (0:1)
Qollar: M.Muarem, 18 (0:1). M.Muarem, 80 (0:2).
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
Zaqatala şəhər stadionu, 18:00.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Baş məşqçi: Georgi Çixradze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.

“Neftçi” – “Qəbələ” – 1:3 (1:1)
Qollar: A.Qay, 24 (0:1). N.Kanales, 44 (1:1). C.Hüseynov, 50 (1:2). V.Mendi, 86 (1:3).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Bakı. “Bakcell Arena“.

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Ruslan Əmircanov, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.

Bombardirlər:
13 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan