UEFA “Feyenoord” – “Roma” matçı üçün qərarını verdi

Aprelin 13-də UEFA avropa liqasının 1/4 final mərhələsində “Feyenoord” “Roma”nı qəbul edəcək. Cavab oyunu isə aprelin 20-də Romada keçiriləcək.

Allsport.az xəbər verir ki, UEFA-dan verilən açıqlamada, Niderland və İtaliya ilə aparılan təhlükəsizlik danışıqlarından sonra tərəflər arasında keçirilən matçların yüksək riskli kimi qiymətləndirildiyi və qonaq komanda azarkeşlərinin stadiona buraxılmamasına qərar verildiyi bildirilib.

İlk olaraq İtaliya rəsmiləri paytaxt Romada keçiriləcək matça niderlandlı azarkeşlərin buraxılmayacağını qeyd edərək UEFA-ya müraciət ediblər.

Həmin kateqoriyadan