Ülkər Babanlı çempion oldu

Respublika Şahmat Mərkəzində 64 xanalı dama üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun yetirmələri, idman ustalığına namizədlər Leyli Sadıxlı və Ülkər Babanlı yarışda uğurla çıxış edərək 7 oyundan hərəyə 12 xal toplayıblar.

Çempionatın reqlamentinə əsasən, onların arasında dörd oyunluq matç keçirilib. Bu seriyada dalbadal iki dəfə qələbə qazanan (həm ağ, həm də qara daşlarla) Ülkər Babanlı qadınlar arasında Azərbaycan çempionu adını qazanıb.

Xatırladaq ki, keçən il qadınlar arasında respublika çempionatını 2-ci yerdə başa vurmuş Ülkər Babanlı, 2014-cü ildə 10 yaşa qədər qızlar arasında Avropa çempionu olmuş, bu il Bolqarıstanın Kranevo şəhərində keçirilən dünya birinciliyində isə bürünc medal qazanmışdı.

Həmin kateqoriyadan