Ümumdünya şahmat olimpiadasında bizdən kimlər iştirak edəcək?

AŞF 44-cü ümumdünya şahmat olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının heyətlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, kişilərdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub. Nicat Abbasov kapitan , Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.

Qadın şahmatçılardan ibarət milliyə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunublar. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi kömək edəcəklər.

Ümumdünya şahmat olimpiadası Hindistanın Çennai şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək mübarizə avqustun 10-da yekunlaşacaq.

Həmin kateqoriyadan