Ümumdünya şahmat olimpiadasında millimizin heyəti bilinib

2-ci onlayn ümumdünya şahmat olimpiadasının top divizionunda iştirak edəcək Azərbaycan millisinin heyəti məlum olub.

Allsport.az saytı xəbər verir ki, komandada Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar.

4-cü divizionunda yarışlar artıq başa çatıb. Avqustun 27-29-da 3-cü divizionun, sentyabrın 2-4-də isə 2-ci divizionun oyunları keçiriləcək.

Sentyabrın 8-10-da isə komandamızın da qatılacağı top divizionun görüşləri baş tutacaq.

Həmin kateqoriyadan