Ümummilli lider 99-cu ildönümünə şahmat turnirinin qalibləri

Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən 11 nömrəli uşaq-gənclər idman məktəbində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə şahmat turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb. Yarış 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında olub.

Yaş qrupları üzrə Xalid Rəhmanov (5-6 yaş), Fateh Rzasoy (7-8 yaş), Kamran Şıxıyev (9-10 yaş), Rəhman Mehdili (11-12 yaş) və Elgün Abbasov (14-15 yaş) 1-ci yer tutublar.

Qaliblərə diplom və medallar təqdim edilib.

Həmin kateqoriyadan