“Üümumi götürəndə, 1-ci divizion komandaları ilə fərq hiss olunmur”

Azərbaycan kubokunun 1/8 finalında MOİK – “Qəbələ” oyunundan (1:2) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 41 yaşlı mütəxəssisin fiki ilə tanış edir: 

“Düşündüyümüzdən də ağır oyun alındı. Çalışdıq ki, “Zirə” ilə matçdan sonra heyətdə bir az rotasiya edək və az oynayan futbolçulara şans verək.

Üümumi götürəndə, 1-ci divizion komandaları ilə fərq hiss olunmur. Oyun da bunu göstərdi. Ümumilikdə komandamız ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı”. 

Həmin kateqoriyadan