- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Bakı su idmanı sarayında Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının üzgüçülük üzrə “Məşqçilik” ixtisasının tələbələri üçün seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, 30-dan çox tələbənin iştirak etdiyi seminarı millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov aparıb.
Tələbələrə yarışların əsas hissəsi üzrə təlimlər keçilib və onlar martın 11-dən 13-dək hakim-təcrübəçi kimi üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatında olacaqlar.