Uzun illər sonra ilk dəfə TOP-10-da Azərbaycan şahmatçısı yer almır

FİDE noyabr ayı üçün yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, budəfəki siyahıda uzun illər alışdığımız kimi, TOP-10-da Azərbaycanın heç bir şahmatçısı yer almayıb.

Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci, Teymur Rəcəbov 2763 xalla 13-cü sırada qərarlaşıblar.

Bu qrossmetsterlərdən savayı, ilk 100-lükdə daha 2 həmyerlimiz yer alıb. Rauf Məmmədov 2673 xalla 61-ci, Qədir Hüseynov isə 2664 xalla 74-cü pillələrdə qərar tutublar.

Həmin kateqoriyadan