Vəzir qambiti «Şah»a yenə qələbə gətirdi, Teymuru liderdən 1 xal ayırır

Bu gün Tiflisdə FİDE qran-prisinin 3-cü mərhələsində 6-cı turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda Şəhriyar Məmmədyarov yarışda 3-cü qələbəsini qazanıb.

Qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla görüşən «Şah», yenə Vəzir qambitinə üstünlük verib. Gərgin mübarizədə təmsilçimiz 63-cü gedişdə rəqibiti təslim olmağa məcbur edib.

Digər qrossmeysterimiz Teymur Rəcəbov yenə bərabərliyə qalıb. O, ağ fiqurlarla Rüstəm Qasımcanova qarşı oynayıb. Şəhmatçılar Qrünfeld müdafiəsinə üstünlük veribər. Tərəflər 79-cu gedişdə xplı yarıya bölüblər.

6-cı tur

Rüstəm Qasımcanov (Özbəkistan) – Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Dmitri Andreykin (Rusiya) – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Yevgeni Tomaşevski (Rusiya) – Petr Svidler (Rusiya) 0,5:0,5
Bahadur Cobava (Gürcüstan) – Lenyer Dominges (Kuba)1:0
Dmitri Yakovenko (Rusiya) – Aniş Giri (Niderland) 1:0
Aleksandr Qrişuk (Rusiya) – Şəhriyar Məmmədyarov (0:1)

Yarış cədvəli: 1.Tomaşevski – 5 xal; 2.Yakovenko – 4,5; 3-4. Qasımcanov, Rəcəbov – 4; 5-7. Məmmədyarov, Dominges, Giri, Qrişuk – 3,5; 8-11.Cobava, Qrişuk, Svidler, Vaşye-Laqrav – 3; 12.Andreykin – 2.

Həmin kateqoriyadan