Bu gün onlar çıxış edəcək

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Allsport.az xəbər verir ki, kişilərdən ibarət komanda Rusiya yığması ilə, qadınlar isə Ukrayna ilə üz-üzə gələcək.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan – Rusiya 

Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk

Teymur Rəcəbov – Daniil Dubov

Rauf Məmmədov – Kirill Alekseyenko

Qədir Hüseynov – Andrey Yesipenko

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.

Azərbaycan – Ukrayna

Günay Məmmədzadə – Anna Uşenina

Gülnar Məmmədova – Yuliya Osmak

Xanım Balacayeva – Nataliya Buksa

Gövhər Beydullayeva – Nataliya Jukova

Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma 7 xalla 1 – 3-cü, qadınlardan ibarət komanda isə 3 – 7-ci yerləri bölüşdürürlər.

Həmin kateqoriyadan