Vasif Durarbəyli liderliyini qorudu

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Vasif Durarbəyli Nicat Abasov ilə dueldə qələbə qazanmaqla ilk pilləni qoruyub.

4 turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. 2-ci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2,5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıb.

9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək.

Həmin kateqoriyadan