Veselin Topalov: “”SOCAR-Azərbaycan”la yenidən Avropa Kubokunu qazanmaq istərdim

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda mübarizəni dayandıran Veselin Topalov gələcək planlarından danışıb. Allsport.az saytı xəbər verir ki, bolqarıstanlı dünya çempionu SOCAR-Azerbaijan klubunun heyətində növbəti dəfə uğur qazanmaq istədiyini söyləyib:

“”SOCAR-Azərbaycan” klubunda çıxışımı davam etdirirəm. Bu mənada yenidən Avropa Kubokunu qazanmaq istərdim. Bu klubda çox güclü heyət formalaşıb. Hər dəfə qalib gəlmək gözəl hisslər yaradır. Dünya Kubokunu tezliklə unudub bütün fikrimi klublar arasında Avropa Kubokuna yönəldəcəm. Noyabrda bizi yeni sınaq gözləyir”.

Həmin kateqoriyadan