Veteran atletlərimizdən 2 qızıl və 4 gümüş medal

Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa oyunlarında ölkəmizi uğurla təmsil etmiş idmançılarımız vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, Veteran atletlərimiz yarışı 2 qızıl və 4 gümüş medalla başa vurublar.

Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl, 400 və 800 metrdə isə gümüş medal qazanıb.

45 yaşlılar kateqoriyasında Faiq Bağırov 10 km məsafəyə idman yerişində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bağırov uzunluğa tullanma yarışında isə 2-ci olub.

Tamilla Bünyadova qadınlar arasında 65 yaş kateqoriyasında nizə atma yarışında gümüş medala sahib çıxıb.

Həmin kateqoriyadan