Veyk-an-Zeyedə şahmat festivalı gələn il də keçiriləcək

2016-cı ildə Veyk-an-Zeyedə 78-ci şahmat festivalının keçirilməsi barədə sponsorlarla razılıq əldə edilib. Allsport.az xəbər verir ki, tədbirin direktoru Yerun van den Berq bu məlumatı təsdiq edib.

Bəzən “şahmat Uimbldonu” adlandırılan bu məşhur festival uzun illərdir ki, yanvar ayının ikinci cümə günü açılır. Lakin van den Berqin sözlərinə görə, gələn il bu festival bir həftə tez başlanacaq. 77-ci turnir yanvarın 10-da açılıb.

Xatırladaq ki, Veyk-an-Zeyedə əvvəlki festivallarda Azərbaycan qrossmeysterləri Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak ediblər.

Həmin kateqoriyadan