Viktor Mendi: “Hesab bizə sərf etdiyindən, 2-ci hissədə müdafiəyə çəkildik”

“İlk hissədə daha yaxşı oynadıq. Bunun nəticəsi olaraq 2 qol vurduq. Növbəti yarıda hesab bizə sərf etdiyindən, müdafiəyə çəkildik”. Allsport.az saytının məlumatına görə, bu açıqlamanı “Qəbələ”nin hücumçusu Viktor Mendi deyib.

Premyer Liqanın 25-ci turunda evdə “Sumqayıt”ı üstələyən “qara-qırmızılar” qələbə sayəsində yarış cədvəlində 4-cü yerə yüksəldi. Seneqallı futbolçu bildirib ki, bundan sonra da qələbələrin davamını gətirib mükafatçılar sırasına düşməyə çalışacaqlar:

“Ölkə kubokunun 1/4 finalında evdə “Simurqa” 0:3 hesabı ilə uduzduğumuzdan, mərhələ adlamaq şansımız çox azdır. Bu üzdən, bütün gücü Azərbaycan çempionatına qoyacağıq”.

Həmin kateqoriyadan