Vüqar Bəybalayev: «Qarabağ»a qarşı hər kəs daha istəklə oynayır

Bakı klubunun müdafiəçisi Vüqar Bəybalayev ölkə çempionatının 20-ci turunda rəqib meydanında qarşılaşacaqları «Qarabağ»la oyun öncəsi açıqlama verib. Allsport.az saytının məlumatına görə, gənc futbolçu bildirib ki, komandada durun normaldır:

«Vəziyyət yaxşıdır. Hazırlıq da normal gedir. Hər kəs canla-başla «Qarabağ»la oyuna hazırlaşır.Təbii ki, maliyyə problemi psixoloji olaraq az da olsa təsir edir. Ancaq matça çıxanda bütün problemləri kənara qoyuruq.

Oyun zamanı isə nə pul, nə də başqa şey yada düşür. Hamımız «Bakı» üçün uğur qazanmağa çalışırıq. «Qarabağ» çempionatımızın 3 güclü komandasından biridir. Ona qarşı hər kəs daha istəklə oynayır. Çalışacağıq ki, uğurlu nəticə qazanaq».

Həmin kateqoriyadan