“Vüqar Həşimov” 4-cü turda da qalib gəldi

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun dördüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Vüqar Həşimov” klubu Rusiyanın “Molodejka” komandasına 4:2 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu” isə Kiyev şahmat federasiyasının yığmasına 1:3 hesabı ilə məğlub olub.

“Vüqar Həşimov” klubu Belçikanın “Fonteine” komandasına 5:1, Sloveniyanın “Maribor” yığmasına 4,5:1,5, Rusiyanın “Primorsky District” seçməsinə isə 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız “Odlar Yurdu”nun aktivində 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət var.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

Həmin kateqoriyadan