“Vüqar Həşimov” klubu yaradıldı. Milli şahmatçılarımız qitə kubokunda çıxış edəcək

Vüqar Həşimov şahmat fondu səbəbkarın adını daşıyan klub təsis edib. Allsport.az saytı xəbər verir ki, “Vüqar Həşimov” klubu ilk dəfə Monteneqroda klublar arasında Avropa kubokunda çıxış edəcək.

Sərxan Həşimovun rəhbəri olduğu komandada 3-qat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvü Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa iştirak edəcək.

Qeyd edək ki, Anar Allahverdiyev klubda oynayan məşqçi olacaq. 9-17 noyabrda keçiriləcək yarış 7 turdan ibarətdir.

Həmin kateqoriyadan