- Baxış sayı: 84
- 16 Sentyabr 2026 11:35
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının birinci turu keçirilib.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Vüqar Həşimov” klubu yarışa qələbə ilə başlayıb. Belə ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib. Yığmanın aktivinə qələbəni Aydın Süleymanlı, Murad İbrahimli, Ülvi Sadıqov yazdırıb. Kiril Şevçenko, Vüqar Əsədli, Əhməd Əhmədzadə isə heç-heçə ediblər.
Kişilərin yarışında 38 komanda mübarizə aparacaq.