“Vuqar Həşimov memorialı” qalibinin şərəf lövhəsi Nyu Yorkun məşhur “Tayms” meydanında

​Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vuqar Həşimov memorialı” növbəti uğura yetişib.

Allsport.az saytı xəbər verir ki, seçilmişlərin iştirakı ilə təşkil olunan superturnirdə özbəkistanlı idmançı qalib gəlib. Onun qələbə posteri ABŞ-ın məşhur “Tayms” meydanında nümayiş olunub. Nyu-York sakinləri lövhəni şəhərin ən gur monitorları vasitəsilə izləyiblər.

Xatırladaq ki, öncə “Vuqar Həşimov memorialı”nın posteri də həmin meydanında nümayiş edilmişdi.

Həmin kateqoriyadan