Vüqar Həşimov memorialında 4-cü tura start verilib

Aprelin 20-də beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində 4-cü turun oyunlarına start verilib. Allsport.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov qara fiqurlarla turnirin liderlərindən olan ABŞ təmsilçisi Uesli So (2788) ilə qarşılaşacaq.

Digər həmyerlimiz Şəhriyar Məmmədyarovun (2754) rəqibi hollandiyalı Aniş Giri (2790) olacaq. Təmsilçimiz qara fiqurlarla oynayacaq.

Bu turda, həmçinin ingiltərəli Maykl Adams norveçli Maqnus Karlsen, rusiyalı Vladimir Kramnik hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav isə italiyalı Fabiano Karuana ilə qarşılaşacaqlar.

Üç turdan sonra turnir cədvəlinə 2,5 xalla Maqnus Karlen və Uesli So liderlik edirlər. Vladimir Kramnik 2, Maksim Vaşye-Laqrav, Vişvanatan Anand, Rauf Məmmədov 1,5, Fabiano Karuana, Aniş Qiri, Şəhriyar Məmmədyarov 1, Maykl Adams isə 0,5 xal toplayıblar.

Həmin kateqoriyadan