Vüqar Həşimov memorialının proqramı məlum olub

Allsport.az xəbər verir ki, əsasən iştirakçı şahmatçılar, təşkilat komitəsinin üzvləri eləcə də qonaqlar dekabrın 7-də II fəxri xiyabanda Vüqar Həşimovu ziyarət edəcək. Sonra şahmatçılar Qəbələyə yollanacaq.

Vüqar Həşimov memorialının açılış mərasimi dekabrın 8-də Qəbələdəki Heydər Əliyev konqres mərkəzində keçiriləcək. Açılışdan sonra rapid üzrə ilk turun oyunları baş tutacaq. 

Yarışın ilk üç günü rapid, son gündə isə blits üzrə oyunlar olacaq. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər.

Qeyd edək ki, 9-cu Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır.

Həmin kateqoriyadan