Vüqar Həşimov şahmat akademiyasının yeni şöbəsi fəaliyyətə başlayıb

Azərbaycanın məşhur şahmatçısının adını daşıyan Vüqar Həşimov şahmat akademiyası əhatəsini gedişləndirir. Allsport.az saytı xəbər verir ki, yeni şöbə Nizami küç. 90A ünvanında yerləşən “Landmark” iş mərkəzində fəaliyyətə başlayıb. Qrossmeysterin qardaşı Sərxan Həşimov təzə məktəblə bağlı bunu deyib:

“Şahmat Azərbaycanda tarixən məşhur idman növü olub və təsadüfi deyil ki, müxtəlif dövrlərdə dünyaya dahi şahmatçılar bəxş edib. Hal-hazırda da şahmat ölkəmizdə sevilən idman növlərindəndir və uğurla inkişaf edir. “Vüqar Həşimov Şahmat Akademiyası” da öz növbəsində Azərbaycanda şahmatın daha da populyarlaşdırılması və inkişafına dəstək vermək üçün yeni filiallar açır, müxtəlif tədbirlər təşkil edir”.

Akademiyaya müraciət etmək üçün əlaqə nömrəsi: Tel: (+994) 50-353-10-10, (012) 436-86-10

Vüqar Həşimov şahmat akademiyası 2016-ci ildə yaranıb. Akademiyada yaşından asılı olmayaraq hər kəsə şahmat dərsləri keçirilir və müxtəlif şahmat tədbirləri təşkil olunur.

Həmin kateqoriyadan