“Vuqar Həşimov” superturnirində Nadirbəy Abdusəttarov liderliyini davam etdirir

Dekabrın 22-sində Vüqar Həşimovun xatirəsinə VIII beynəlxalq superturnirdə blitsə start verilib. Allsport.az saytı xəbər verir ki, bu yarış günündə 9 tur oynanılıb. Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nadirbəy Abdusəttarov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.

Dekabrın 23-də memorialda daha 9 tur oynanılacaq. Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.

Həmin kateqoriyadan