“Vüqar Həşimov” uduzdu, “Odlar yurdu”ndan heç-heçə

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunda 6-cı turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Vüqar Həşimov” Çex Respublikasının “AVE Novy Bor” komandasına uduzub (2:4). “Odlar yurdu” isə Monakonun “Monte Karlo” kollektivi ilə heç-heçə edib.

“Vüqar Həşimov” 8, “Odlar yurdu” komandası 7 xal toplayıb.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

Həmin kateqoriyadan