“Vüqar Həşimov”dan ardıcıl 3-cü qələbə

Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turnirinin 3-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Vüqar Həşimov” Rusiyanın “Primorski District” komandasına 3,5:2,5 hesabla qalib gəlib. Digər komandamız “Odlar yurdu” isə Çex Respublikasının “AVE Novy Bor” şahmatçıları ilə heç-heçə edib.

“Vüqar Həşimov” klubu əvvəlki turlarda Belçikanın “Fonteine” (5:1) və Sloveniyanın “Maribor” (4,5:1,5) komandaları ilə məğlub edib. “Odlar Yurdu” komandası isə birinci turda İsrailin “Rishon Lezion” komandasını 4:0 hesabla məğlub edib, ikinci turda “Nona” (Gürcüstan) ilə sülhə razılaşıb.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova Zeynəb Məmmədyarova çıxış edirlər.

Avropa kuboku turniri 7 turdan ibarətdir.

Həmin kateqoriyadan