“Vüqar Həşimov”la “Odlar yurdu”ndan uğurlu start

Monteneqroda klublararası Avropa kubokunda Azərbaycan qələbə ilə start verib. Allsport.az xəbər verir ki, turnirin birinci turunda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar yurdu” isə İsrailin “Rishon Lezion” komandası ilə qarşılaşmaları 4:0 hesablı qələbə ilə başa vurublar.

“Vüqar Həşimov” klubunun heyətinə Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa daxildir. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparır.

Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Həmin kateqoriyadan