Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri

Allsport.az xəbər verir ki, Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub. Niderlandın Veyk-an-Zee şəhərindəki “Tata Steel Chess” turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla qaliblər elan olunub.

Vüqar Həşimov şahmat fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və “challenge”in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van den Berq təqdim edib. Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Həmin kateqoriyadan